Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazir və Prezident Administrasiyası rəhbərinin başçılığı ilə Şuşada müşavirə keçirilib - FOTO

Baxış: 301
Martın 2-də Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib.
Görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.
                       

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.