Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Üç kəndin adı milliləşdirildi

Baxış: 54
Üç kəndin adı milliləşdirildi


Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonu ərazisində üç kəndin   adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

İclasda Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı müzakirə olunub.

Müzakirələrin yekunu olaraq kəndlərin adlarının müvafiq olaraq Vladimirovka Elbir, Alekseyevka Çinarlı, Timiryazev kəndi isə  Bəhrəli  olması barədə qərar qəbul edilib.
 Müzakirələrin yekunu olaraq  məsələ Milli Məclisin plenar iclasına təklif olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.