Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“ASAN Xidmət”də 4 yaşlı uşaq yıxılaraq öldü - Yenilənib

Baxış: 174
“ASAN Xidmət”də 4 yaşlı uşaq yıxılaraq öldü - Yenilənib


Bu gün səhər saatlarında Şəki “ASAN Xidmət”də bədbəxt hadisə baş verib.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, 4 yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.
Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:30 radələrində 2021-ci il təvəllüdlü azyaşlı qız Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Həkim briqadası tərəfindən dərhal müayinə aparılıb və bioloji ölüm halı təsdiqlənib. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.