Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qusarda mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Baxış: 368
Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə yanvar ayının doqquzunda gecə saatlarında rayonun Həzrə kəndi ərazisində yerləşən mağazaların  birindən  oğurluq edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal obyektə baxış keçirilib, mağazadan 200 manat pul, danışıq kartları, tütün məmulatı, spirtli içki və geyim əşyaları oğurlandığı müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.