Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Lerikdə kiberdələduzluq halları ilə bağlı maarifləndirmə işi aparılıb

Baxış: 234

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Lerikdə sakinlər arasında maarifləndirmə işi gücləndirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ticarət və iaşə obyektlərində, bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib. 

Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamalıdırlar. 

Polis əməkdaşları tərəfindən vətəndaşlara, xüsusən təqaüdçülərə kartlarındakı pulu nağdlaşdırmaq və digər bir şəxsin kart hesabına pul göndərmək məqsədilə tanımadıqları şəxslərdən kömək istəməmək tövsiyə olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.