Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda meşələrin dövlət uçotu və kadastrı aparılır

Baxış: 355

Naxçıvanda meşələrin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə dövlət uçotu və kadastrı aparılır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 45 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət meşə kadastrının aparılması qaydalarına uyğun olaraq, muxtar respublikada ilk dəfə 2023-cü ildən etibarən meşələrin kadastrı aparılmağa başlanılıb. Bu məqsədlə Tillək dövlət meşəsinin ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsi, uçotu və kadastrı aparılıb. Cari ilin iyul ayına qədər 23 dövlət meşəsinin elektron kadastrı aparılıb, meşələrin planı, həcm cədvəli və taksasiya göstəriciləri hazırlanıb. Meşə fondunun kadastr göstəricilərində gedən dəyişikliklər (artım və azalma) hər il dövlət meşə kadastr kitabının müvafiq bölmələrində qeyd edilərək illər arasındakı fərq nəzarətdə saxlanılır. 

Kadastr aparılan zaman meşələrin yaşıllıq örtüyündən azad hissələri müəyyən edilir və plan-proqnoz hazırlanaraq həmin ərazilərdə meşəbərpa tədbirləri həyata keçirilir. Qeyd edək ki, muxtar respublikada 1986-cı ildə bu işə başlanılıb, lakin sonra davam etdirilməyib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.