Day, Month 00, Year
00: 00: 00 AM
“Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub

“Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub.
ASCO-nun 100% törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkətinin idarə etdiyi gəmi 29 iyul tarixində Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb.
ASCO-nun yaydığı məlumata görə, “Aframax” tipli tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb.
Qeyd edilib ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan "Aframax" tipli 3 tankerin hər birinin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcəklər.
 “Aframax” tipli tankerlərin alınması Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti ilə mümkün olub. Bununla yanaşı, sözügedən nəhəng gəmilər ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə adlandırılıb.


Tarix: 7-08-2023, 11:46 Oxunub: 76


Bölməyə aid digər xəbərlər