Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Naxçıvanda fermerlər üçün kreditlərin faiz dərəcələrinin aşağı salınması nəzərdə tutulur

Baxış: 337


Naxçıvanda fermerlər üçün kreditlərin faiz dərəcələrinin aşağı salınması nəzərdə tutulur
Naxçıvanda fermerlər üçün kreditlərin faiz dərəcələrinin aşağı salınması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Sahibkartv.az"ın yerli bürosuna verilən məlumata görə, iqtisadiyyat naziri Tapdıq Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, eyni zamanda “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev ilə Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalının artırılması, bu sahədə yeni təsərrüfatların yaradılması, mövcud fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə müzakirələr aparıb.
Həmçinin “Aqrarkredit” QSC-nin Naxçıvan filialı tərəfindən verilən kreditlərin faiz dərəcələrinin aşağı salınması məsələsinə də toxunulub.
Bildirilib ki, bugünədək filial tərəfindən verilən biznes və ticarət kreditləri 18-24 faiz dərəcəsi ilə verilirdisə, artıq 5 min manata qədər verilən kreditlər 10 faiz, 5 min manatdan yuxarı məbləğlər üçün verilən kreditlər isə 12 faizlə hesablanacaq. Eyni zamanda sahibkarlara dəstək məqsədilə cari ilin mart ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına kreditlərin 5 faizlə verilməsinə başlanılacağı bildirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.