Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Biləsuvarda 7 min abonentə təbii qazın verilişi bərpa olunub

Baxış: 328


Biləsuvarda 7 min abonentə təbii qazın verilişi bərpa olunub
Biləsuvarda 7 min abonentə təbii qazın verilişi bərpa olunub.
Bu barədə "Sahibkartv.az"ın yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Biləsuvar şəhərinin M.İbrahimov küçəsində daşıyıcı qaz kəməri zədələndiyinə görə orada bərpa işləri aparılıb.
Bərpa işləri başa çatdırıldıqdan sonra rayona təbii qazın verilişi bərpa edilib.
17:56Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.
"Report"un Muğan bürosuna bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Belə ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində ümumilikdə 7 min abonent olmaqla Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.
Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.