Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət başçısı: "Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır"

Baxış: 326


Dövlət başçısı: Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır
"Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır".
"Sahibkartv.az" xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığını, dəmir yollarının, avtomobil yollarının çəkildiyini qeyd edib.
“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.