Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi.



Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi.  İclasda rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. Şurada, “Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının icra vəziyyəti barədə”,  “11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin sədrliyi ilə keçirilmiş  videomüşavirədə verilmiş tapşırıqların  icrasının təmin olunması”, “2022-ci ilin cari dövründə  rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi və mədəni sahəsində görülmüş işlər və  bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti barədə”,  “Rayonda qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə”, “Şəhid ailələri və qazilərlə aparılan işlərin təhlili barədə”,  “Dövlət və Bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadə vəziyyəti”   və  rayonun həlli vacib məsələləri geniş müzakirə edildi.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının  tərtib edilməsi, Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.
İclasın sonunda, 65 yaşları tamam olduqlarına görə təqaüdə çıxan Goranboy RİH-nin Hüquq şöbəsinin müdiri Gündüz Məmmədov və rayon Arxiv idarəsinin müdiri İsmayıl Məmmədova, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə  rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.















Tarix: 14-11-2022, 18:02 Oxunub: 147


Bölməyə aid digər xəbərlər