Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: "Naxçıvanda istehlak edilən malların 90 %-i Türkiyə istehsalıdır"

Baxış: 317
"Hazırda Naxçıvan MR-da istehlak edilən malların 90 %-i Türkiyədə istehsal olunub".
“Sahibkartv.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.
O, bu barədə Türkiyənin Ərzurum şəhərində səfərdə olarkən danışıb.
"Ərzuruma 40 iş adamı ilə gəlmişik. Sahibkarlar öz sektorları üzrə yerli şirkətləri ziyarət edirlər və yeni hədəflər müəyyən edir. Naxçıvanda tekstil, neft və orqanik məhsullara sərmayələrimiz var", - deyə nazir qeyd edib.
Ərzurum Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədr müavini Hüseyn Polat isə deyib ki, "İki dövlət, bir millət" şüarı ilə qardaş Azərbaycana, o cümlədən Naxçıvana hər zaman böyük önəm veririlər: "Biz iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa hazırıq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.