Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftədə mümkün olacaq

Baxış: 368
Saleh Məmmədov
Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq.
"Sahibkartv.az" xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.
"Məlumdur ki, cəmi 10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri Azərbaycan ərazisindən, 10 kilometri Ermənistan ərazisindən keçməklə alternativ yol çəkilib. Avqustun 15-də alternativ yol Azərbaycan ərazisindən kecmək şərtilə hazırdır. Lakin Ermənistan tərəfi üzərinə düşən 10 kilometri hələ də başa çatdırmağı üçün Qarabağda yaşayan erməni icmasının xahişi ilə Azərbaycan tərəfi yeni yola birləşən 4,8 kilometr uzunluğunda birləşdirici yolun tikintisini də həyata keçirib. Yaxın bir həftə ərzində Laçın şəhərinə daxil olmadan yeni yoldan istifadə etməklə erməni icması Xankəndi və başqa rayonlara hərəkət edə biləcək",- deyə o, əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.