Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan banklarının Şuşanın gələcək inkişafındakı rolu müzakirə edilib

Baxış: 318

Qarabağ Dirçəliş Fondu və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda Şuşada işgüzar görüş keçirilib.

"Sahibkartv.az" xəbər verir ki, görüşdə ölkədə fəaliyyət göstərən 22 bankın rəhbəri iştirak edib və kredit təşkilatlarının şəhərin gələcək inkişafında oynaya biləcəkləri rol, müxtəlif layihələrə verəcəkləri dəstək müzakirə olunub.
Görüşdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin sədri Məftun Abbasov və Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev də iştirak ediblər.
Bu görüş ilkin danışıqlar üçün nəzərdə tutulduğundan hər hansı bir saziş imzalanmayıb. Bank rəsmiləri fikilərini bildirib və qərara alınıb ki, belə görüşlər mütəmadi təşkil edilsin.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.