Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması işlərinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.
Sahibkartv.az xəbər verir ki, qalib şirkət "Chapman Taylor LLP"dir.
Mərkəz qalib şirkət ilə məbləği 440 min 428 manat olan müqavilə imzalayıb.
"Chapman Taylor" memarlıq və interyer dizayneların hazırlanması üzrə ixtisaslaşmız qlobal qurumdur.





































