Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı

Baxış: 81
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı


2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 312,1 mln manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

Sözügedən dövrə dövlət büdcəsinin xərcləri 25 348,2 mln manat olub ki, bu da illik müqayisədə 2,8% artım deməkdir.

Qeyd edək ki, cari ilin ilk doqquz ayında dövlət büdcəsində 3 963,9 mln manat profisit yaranıb. Bu, ötən ayın profisit göstəriciləri ilə müqayisədə 6,7% çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.