Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları

Baxış: 63
Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşları


Bu ilin yanvar-iyul aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 3 milyard 239 milyon 89 min ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu müddətdə MDB ölkələrinə ixracın həcmi 1 milyard 199 milyon 505 min  ABŞ dolları olub ki, bu da ümumi ixracın 6.20%-ni təşkil edir.  

Müqayisə üçün ötən ilin eyni dövründə bu göstərici 1 milyard 37 milyon 489 min ABŞ dolları (ümumi ixracın 6.81%-i) idi. Beləliklə, illik müqayisədə MDB ölkələrinə ixrac 162 milyon 16 min ABŞ dolları artıb.

İdxala gəlincə, cari ilin ilk yeddi ayında MDB ölkələrindən idxalın həcmi 2 milyard 39 milyon 584 min ABŞ dolları olub.

Bu, ümumi idxalın 20.64%-nə bərabərdir. Ötən ilin eyni dövründə isə bu göstərici 3 milyard 566 milyon 242 min ABŞ dolları (ümumi idxalın 26.19%-i) olub. İllik idxal dəyərində MDB ölkələri üzrə 1 milyard 526 milyon 685 min ABŞ dolları həcmində azalma qeydə alınıb.

Ölkələr    İxrac (min ABŞ dolları)    İdxal (min ABŞ dolları)
Rusiya    749 549.74    1 360 207.26
Ukrayna    153 960.65    170 185.21
Özbəkistan    79 506.62    121 227.30
Qazaxıstan    70 241.70    109 268.33
Belarus    44 401.00    245 998.80
Türkmənistan    39 162.68    24 191.30
Qırğızıstan    30 030.09    4 034.77
Ermənistan    17 372.10    0.96
Tacikistan    11 178.76    999.53
Moldova    4 102.03    3 470.80
     17.08.2026

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.