Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıətrafı ərazilərdə evlər niyə ucuzlaşıb? - Açıqlama

Baxış: 189
Bakıətrafı ərazilərdə evlər niyə ucuzlaşıb? - Açıqlama


Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin ucuzlaşıb. Bu tendensiya Xırdalanda, Masazır və Binədə daha qabarıq şəkildə müşahidə olunur. Zabrat qəsəbəsində, Kürdəxanı və Pirşağı kəndlərində də həyət evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.

"Əmlak məsələləri üzrə ekspert Nahid Hacıyev mərkəzdən kənarda inşa olunmuş mənzillərin və evlərin ucuzlaşmasının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib.

Mütəxəssis qiymətlərlə bağlı mövcud tendensiyanı nəqliyyat problemi ilə əlaqələndirib. Onun sözlərinə görə, insanlar dəhşətli tıxaclar üzündən Bakıətrafı qəsəbələrdə yaşamaq istəmirlər:

"Sabunçu rayonundakı "sosial binalar" adlanan yaşayış massivində, Abşeronda, "Ümid" qəsəbəsində yüzlərlə mənzil satışa çıxarılıb. Dördotaqlı, tam təmirli mənzillərin 1 kv. metri alıcılara 800 manata təklif olunur. Amma heç kim həmin mənzilləri almağa həvəs göstərmir. Çünki nəqliyyat sistemi bərbaddır. İnsanlar mənzil başına tez çatmaq üçün bir manat 50 qəpiklik taksilərdən, sonra isə metrodan istifadə etməyə məcbur olurlar. Dörd nəfərlik ailənin gündəlik yolpulu 16-17 manat edir".(Metbuat.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.