Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dollar taxtını itirir? – ABŞ xilas planını işə saldı

Baxış: 216
Dollar taxtını itirir? – ABŞ xilas planını işə saldı


ABŞ administrasiyası dolların qlobal təsirini qorumaq üçün hərəkətə keçib. 

"Financial Times" xəbər verir ki, Ağ Ev və ABŞ Maliyyə Nazirliyinin əməkdaşları dollarizasiyanın tanınmış eksperti, professor Stiv Hənklə görüşlər keçiriblər. Müzakirələrin məqsədi digər ölkələrdə dolların əsas valyuta kimi mövqeyini gücləndirməkdir.

Məqalədə vurğulanır ki, Donald Trampın komandasının bu addımı Çinin dünya iqtisadiyyatında dolların rolunu azaltmaq cəhdlərinə qarşı cavab kimi qiymətləndirilir. Artıq iki görüş baş tutub, lakin hələlik konkret qərar qəbul edilməyib.

Professor Hənk bildirib ki, Çinin inkişaf etməkdə olan ölkələri dollardan uzaqlaşdırmaq çağırışları Vaşinqtonda ciddi narahatlıq doğurub. ABŞ həmçinin dollarla bağlı “stablecoin”lərin istifadəsini genişləndirmək istəyir və bu, onların maraqlarına tam uyğundur.

Ağ Evin mətbuat katibi Kuş Desai görüşlərin baş tutduğunu təsdiqləyib. O qeyd edib ki, hazırda dolların mövqelərinin gücləndirilməsi ilə bağlı rəsmi qərar yoxdur, lakin Tramp dəfələrlə dolların qlobal liderliyini qorumağın vacibliyini vurğulayıb.

Xatırladaq ki, iyunda Asiya ölkələri dedollarizasiya prosesini sürətləndirib. CNBC-nin məlumatına görə, ASEAN ölkələri ticarət və investisiyalarda yerli valyutalardan daha çox istifadə etmək niyyətindədirlər. MUFG bankının Asiya üzrə qlobal bazarlar şöbəsinin rəhbəri Lin Li bildirib ki, region ölkələri milli valyutalara üstünlük verərək iqtisadi riskləri azaltmağa çalışır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.