Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda bu bankları balans kapitalı 100 milyondan aşağıdır

Baxış: 173
Azərbaycanda bu bankları balans kapitalı 100 milyondan aşağıdır


2025-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycan banklarının balans kapitalının həcminə görə reytinqi məlum olub.
Sahibkartv.az xəbər verir ki, Bankların bu dövrə olan maliyyə hesabatları sektorun iri oyunçularının mövqelərini bir daha təsdiqləyib.
Reytinq cədvəlinə 2 milyard 110 milyon 997 min manatlıq balans kapitalı ilə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC başçılıq edir. Bu göstərici ABB-ni bank sektorunun kapitallaşma səviyyəsinə görə lideri edir.
İkinci yerdə 1 milyard 90 milyon 90 min manatla “Kapital Bank” ASC qərarlaşıb. Bu iki bank birlikdə sektorun ümumi balans kapitalının əhəmiyyətli hissəsini təşkil edir. Siyahıda üçüncü yerdə isə 996 milyon 159 min manatla “PAŞA Bank” ASC yer alıb.
Bu üçlükdən sonra gələn banklar arasında “Xalq Bank” ASC 534 milyon 175 min manatla dördüncü, “Bank Respublika” ASC 230 milyon 879 min manatla beşinci pillədədir. Siyahını “AccessBank” QSC (218 milyon 138 min manat), “Premium Bank” ASC (196 milyon 721 min manat), “Unibank KB” ASC (181 milyon 923 min manat), “Yelo Bank” ASC (169 milyon 674 min manat) və “Bank of Baku” ASC (168 milyon 910 min manat) davam etdirir.
Balans kapitalı 100 milyon manatı ötən digər banklar isə “Ziraat Bank Azərbaycan” ASC, “Expressbank” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Azər Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC və “TuranBank” ASC-dir. (Mənbə: fed.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.