
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 928 milyon 783,92 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,9% çoxdur.
Sahibkartv.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Statistikaya əsasən, Azərbaycanın Böyük Britaniyaya ixracının həcmi ilk 8 ayda 39,8% azalaraq 240 milyon 582 min 170 dollar təşkil edib. İxracın payı 1,41% ( 2024-cü ilin yanvar-avqust : 2,19%) təşkil edib.
Bununla yanaşı, Böyük Britaniyadan idxalın həcmi 3,9 dəfə artaraq 688 milyon 201,74 min ABŞ dollarına çatıb. İdxalın payı 4,57% ( 2024-cü ilin yanvar-avqust: 1,39%) təşkil edib.

































