Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Braziliya ilə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Baxış: 132


Braziliyanın Azərbaycandakı səfiri ilə görüşdə tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.
Görüşdə vurğulanıb ki, qarşılıqlı səfərlər, imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Həmçinin ilk iclası bu ilin 1 sentyabrında Braziliyada keçiriləcək Azərbaycan-Braziliya Birgə İşçi Qrupu işbirliyi üçün önəmli mexanizmdir.
Braziliya ilə ticarət və investisiya münasibətlərinin mövcud potensiala uyğun gücləndirilməsinin önəmi qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında tərəfdaşlıqda kənd təsərrüfatı, nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər kimi diqqətə çatdırılıb.
Ölkəmizdə yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət olunub.
Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.