Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“AL Market”lər bağlanır? - Açıqlama

Baxış: 221
“AL Market”lər bağlanır? - Açıqlama


Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.

Bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib.

O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir:

“Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan “AL Market”, xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir”, - deyə M.Əsədova bildirib.

Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.

“Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub”, - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, ilin əvvəlində də “AL Market” mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandırdıracağı ilə bağlı yayılmışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.