Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gələn ildən onlara ƏDV-nin yarısı geri qaytarlacaq

Baxış: 177
Gələn ildən onlara ƏDV-nin yarısı geri qaytarlacaq


Mədəniyyət xidmətləri üzrə keşbek tətbiq olunacaq.
"Vergi Məcəlləsinə" təklif edilən və yeni ildən qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, mədəniyyət sektoruna böyük vergi güzəştləri tətbiq olunacaq.
Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O bildirib ki, məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır:
"Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Dəyişikliklərə əsasən, gələn aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma veriləcək. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırılır".
Deputat qeyd edib ki, mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə qaldırılır.
"Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilir.
Ən vacib məqamlardan biri də bu sektorda da gələn ildən ƏDV-nin geri qaytarılmasının tətbiq edilməsidir. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi ("ƏDVcashback") geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq",- deyə o əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.