Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan diasporu Niderland parlamentinə müraciət edib

Baxış: 219

Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib.

Niderlandın Azərbaycan icması bu cür sənədlərin erməni millətçilərində qisas üçün boş ümidlər yaratdığını və regionda gərginliyi artırdığını, belə hərəkətlərin sülhə yox, əksinə münaqişəyə səslədiyini vurğulayıb, etirazlara davam edəcəyini bildirib. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb. Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alındığı və görüşün olacağı ilə bağlı məlumat yayımlanıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.