Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir: Özbəkistanda qurulacaq yeni əməkdaşlıqlar iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcək

Baxış: 204

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə təşkil edilən “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə ölkəmizin iqtisadi potensialı, sənaye və kənd təsərrüfatı məhsulları, enerji, nəqliyyat-logistika, turizm sektorlarının imkanları, reallaşdırılan innovativ layihələr nümayiş etdirilir. 

 Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sərgi Azərbaycanın biznes və investisiya mühitinin, yerli məhsul və xidmətlərimizin tanıdılması, sahibkarlar arasında təcrübə mübadiləsi, ixrac əlaqələri baxımından yeni fürsətlər təqdim edir: “Burada qurulacaq yeni əməkdaşlıqlar iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcək”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.