Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AZSTANDART Çində beynəlxalq seminarda təmsil olunub

Baxış: 252

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) əməkdaşı Çin Xalq Respublikasının Çendu şəhərində təşkil edilmiş “Bir kəmər, bir yol” layihəsində iştirak edən ölkələrin təmsil olunduğu "Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində" yaşıl inkişaf və davamlı investisiya” adlı seminarda iştirak edib.

AZSTANDART-dan  bildirilib ki, seminarda inkişaf etməkdə olan ölkələrdə “yaşıl iqtisadiyyat”ın inkişafı, bu sahədə qabaqcıl dünya təcrübəsi, “yaşıl inkişaf”ın sosial-iqtisadi tərəqqidə rolu, “yaşıl investisiyalar” və dayanıqlı inkişaf, kənd təsərrüfatında karbon qazı emissiyasının utilizasiyası və onun iqtisadi inkişafa təsiri və digər mövzular barədə məlumat verilib.

Tədbir zamanı davamlı enerji texnologiyaları haqqında seminar iştirakçıları ilə mühazirələr keçirilib, mövzu ilə bağlı müzakirələr aparılıb, eləcə də sahələr üzrə səfərlər və mədəniyyət turları təşkil olunub.

Qeyd edək ki, sözügedən seminarda ölkəmizdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və “Azərpoçt” MMC-nin nümayəndələri iştirak edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.