Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ Rusiyanın Kaspersky şirkətinin proqram təminatının satışını qadağan edib

Baxış: 223

Bildirilib ki, ABŞ administrasiyası Rusiyanın “Kaspersky Lab” şirkəti tərəfindən hazırlanmış proqram təminatının ABŞ-da satışını qadağan edəcək.
 
ABŞ Ticarət Naziri Gina Raimondo verdiyi açıqlamada qadağanın şirkətlə bağlı son dərəcə əhatəli araşdırmanın nəticəsi olduğunu bildirib.

Raimondo bildirib ki, Rusiya amerikalıların şəxsi məlumatlarını toplamaq və "silahlaşdırmaq" üçün Kasperski kimi rus şirkətlərindən istifadə etmək imkanlarına və niyyətinə malik olduğunu nümayiş etdirib.

ABŞ mətbuatında çıxan xəbərlərdə Kaspersky-nin iyulun 20-dən sonra ABŞ-da yeni müqavilələr bağlaya bilməyəcəyi, sentyabrın 29-dək mövcud müştərilərinə antivirus proqram təminatı təqdim edəcəyi qeyd edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.