Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı–Tbilisi–Ceyhan kəməri daşınan neftin həcmi açıqlanıb

Baxış: 254

Yanvar-may aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 1,78 faiz azalaraq, 15 milyon 971,1 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən - bildirilib ki, nəqletmənin 75,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmərlə neft nəqli 3,6 faiz azalaraq 11 milyon 986,4 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3 faizini və ya 9749 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7 faizini və ya 2237,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.