Bunu “Sahibkartv.az”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Cavid Babayev bildirib.
Onun sözlərinə görə, ölkədə ilk sənaye miqyaslı bərpa olunan enerji layihəsi olan Qaradağ GES-in istifadəyə verilməsi elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 20,3 %-ə çatdırıb: “Bunun davamı olaraq, 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının (KES) layihəsinin tikintisi üzrə işlər davam etdirilir, həmçinin Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq GES” layihəsi üzrə işlərin icrasına cari ilin ikinci yarısından başlanılacaq. Bundan əlavə, “Masdar” şirkəti tərəfindən Neftçalanın Bankə qəsəbəsində 315 MVt, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyası layihələrinin icrası ilə bağlı işlər davam etdirilir. Bununla bağlı, ötən günlərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə Biləsuvar, Neftçala və Abşeron-Qaradağ rayonlarında bərpa olunan enerji mənbələrinin əraziləri müəyyən edilib. Həmçinin, Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə ilk hərracın keçirilməsi nəzərdə tutulur”.
Cavid BabayevMütəxəssisin fikrincə, dünyada ənənəvi enerji resurslarının ixracatçısı kimi tanınan Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə diqqət mərkəzindədir: “Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən istehsal olunan enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycanda bərpa olunan enerji mənbələrindən səmərəli istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. “Yaşıl enerji”yə keçid dövlətin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və investorlarla fəal əməkdaşlıq edilir”.
C. Babayev bildirib ki, “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq hüquqi-normativ aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir: “Azərbaycanda mövcud olan yüksək bərpa olunan enerji potensialı bu sahədə iri layihələrin icrasına imkan yaradır. Bu potensialdan, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır”.
O qeyd edib ki, bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq edilir, 2027-ci ilədək 2 QVt-lıq “yaşıl enerji” güclərinin yaradılması istiqamətində işlər davam etdirilir: “Bu il ümumi gücü 1 300 MVt olan daha 5 günəş və külək elektrik stansiyalarının inşasına başlanılacaq. Paralel olaraq, ilkin mərhədə 5 QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ümumilikdə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücünün ən azı 30 %-ə çatdırılması hədəf müəyyən edilib. “Yaşıl enerji” mənbələrindən enerji istehsalı iqlim dəyişikliyinin və qlobal istiləşmənin qarşısının alması üçün vacibdir”.
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb
14:06 / 17-01-2025
Tramp Ermənistandakı rus bazasını çıxaracaq - Rusiyalı general
13:56 / 17-01-2025
Gürcüstanla sərhəd açılıb? - Görüntülər YAYILDI
13:38 / 17-01-2025
İmran Xan 14 il həbs cəzasına məhkum edildi
12:57 / 17-01-2025
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub
12:53 / 17-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı - təşvişə düşməyə heç bir əsas yoxdur
11:59 / 17-01-2025
Qaradağ GES xarici investisiya hesabına tikilən "yaşıl enerji" layihələrinin başlanğıcıdır - ŞƏRH
Bölməyə aid digər xəbərlər
Ötən ilin oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən tikilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) Azərbaycanda xarici investisiya hesabına inşa olunan "yaşıl enerji" layihələrinin başlanğıcıdır.
Tarix: 22-04-2024, 15:00 Oxunub: 187
Bölməyə aid digər xəbərlər
31-05-2023, 17:07
"Gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq" - PREZİDENTİN ÇIXIŞI
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
9-03-2023, 13:06
Postpandemiya dövründə yeni dünya nizamı - Azərbaycan iqtisadiyyatı üçün hansı imkanlar açılır?
25-02-2023, 16:24
Masdar”ın inşa etdiyi Qaradağ Günəş Elektrik Stansiyası bu il istifadəyə veriləcək
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
29-12-2022, 13:48
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Hansı çağırış və nailiyyətlər oldu, gözləntilər nədir?
28-07-2022, 18:45
Azərbaycandakı iqtisadi mühit xarici investisiya cəlbediciliyini artırır
4-06-2022, 16:34
Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi həyata keçiriləcək.
31-05-2022, 15:11
ADB Qaradağ Günəş Elektrik Stansiyasının inşasına krediti təsdiq edib
16-03-2022, 10:15
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
16-03-2022, 09:05
“Azərbaycan Dəmir Yolları” “Masdar” şirkətilə anlaşdı
15-03-2022, 10:26
Bu gün “Qaradağ” Günəş Elektrik Stansiyasının təməli qoyulur
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
22-09-2021, 09:08
Nazir Dubayda günəş və külək elektrik stansiyaları layihələrinin icrası ilə bağlı müzakirələr aparıb
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM