Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maliyyə Nazirliyi daxili bazardan 89 milyon manat cəlb etdi

Baxış: 310
Maliyyə Nazirliyi daxili bazardan 89 milyon manat cəlb etdi


15 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060017 ISIN-li, 100 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 92.6301 (8.0001%) manat və 94.0423 (6.37%) manat olan 32 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.4220 (7.0799%) manat, orta ölçülmüş qiyməti isə 93.6808(6.7826%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 148 milyon 539 min 500 manat, yerləşdirilmiş həcmi isə 89 milyon 24 min 900 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 13.01.2025-ci ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.