Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BMT-dən Azərbaycanda iqtisadi artım barədə yeni proqnoz

Baxış: 309
BMT-dən Azərbaycanda iqtisadi artım barədə yeni proqnoz 

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.
Bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

BMT 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımın; (ÜDM) 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən, 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7% təşkil edib.
BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9%-dək, 2025-ci ildə isə 3,9%-dək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu 9,5% müəyyən edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.