Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Konteynerlərlə daşınan idxal-ixrac yüklərinin həcmində artım var

Baxış: 288

Konteynerlərlə daşınan idxal-ixrac yüklərinin həcmində artım var

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC bu ilin 9 ayı ərzində konteynerlərlə daşınan idxal və ixrac yüklərinin həcmində artıma nail olub.
“ADY Konteyner” MMC-yə istinadən xəbər verir ki, 2023-cü ilin 9 ayı ərzində konteynerlərlə idxal yüklərinin nəqli 8059 TEU təşkil edib. 2022-ci ilin eyni dövründə isə bu göstərici 5356 TEU olub. Beləlikə, idxal rejimində konteynerlərlə yükdaşımalarda 50 faiz artım qeydə alınıb. İdxal olunan yüklərin sırasında əsasən müxtəlif sənaye, kimya sənayesi məhsullarını, əlvan metallurgiya, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyyat hissələrini qeyd etmək olar. 

Konteynerlərlə daşınan İxrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində “ADY Konteyner” MMC  11 306 TEU yük daşıyıb. 2022-ci ilin eyni dövründə bu rəqəm 4609 TEU  təşkil edib. Bu da 145 faiz artım deməkdir. Nəql olunan ixrac yönümlü yüklər sırasında əlvan metallurgiya, sənaye, kimya sənayesi məhsulları  üstünlük təşkil edir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.