Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

OPEC 2023-cü ildə qlobal neft tələbatının artacağını gözləyir

Baxış: 218


OPEC 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən saxlayıb və 2,4 milyon barel artıraraq sutkada 102,1 milyon barelə çatacağını proqnozlaşdırır.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda neftə olan tələbatın 2023-cü ildə gündəlik 89 min barel artaraq orta hesabla 45,8 milyon barel olacağı gözlənilir. Həmçinin, OECD-ə daxil olmayan ölkələrdə isə 2023-cü ildə ümumi neft tələbatı təxminən 2,3 milyon barel artaraq orta hesabla 56,3 milyon barelə çatacağı gözlənilir.
OPEC Çin iqtisadiyyatında artımın davam etməsi fonunda 2024-cü ildə dayanıqlı qlobal iqtisadi artımın neft istehlakının artmasına səbəb olacağını gözləyir. Qlobal neft tələbinin illik müqayisədə gündəlik 2,2 milyon barel artaraq orta hesabla gündəlik 104,3 milyon barel neft olacağını proqnozlaşdırır.
Proqnoza əsasən, OECD ölkələrində neftə tələbatın gündəlik 0,26 milyon barel artacağı gözlənilir. OECD-ə daxil olmayan ölkələrdə tələbatın gündəlik təxminən 2 milyon barel artacağı proqnozlaşdırılır. Ən böyük artım isə Çin və Yaxın Şərq, eləcə də Hindistan və digər Asiya ölkələrində müşahidə olunacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.