Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AZAL İstanbula biletləri 10 gün xüsusi qiymət ilə təklif edəcək

Baxış: 373

AZAL-ın Bakı və İstanbul arasındakı reyslərinə xüsusi təklifi

AZAL İstanbula biletləri 10 gün xüsusi qiymət ilə təklif edəcək
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) populyar Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim etdiyini bildirir. AZAL-a görə, Bakıdan İstanbula və əks istiqamətdə səyahət etmək üçün "əla fürsət" yaranıb.
Sahibkartv.az AZAL-a istinadən xəbər verir ki, əlverişli olduğu bildirilən qiymətlər ilə aviabiletləri oktyabrın 10-dan 19-dək əldə etmək mümkündür. 1 noyabr 2023 - 30 mart 2024 (bayram günləri istisna olmaqla) tarixləri arasında bu biletlərlə səyahət edə bilərsiniz.

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletləri 198 avrodan (cari məzənnə ilə 355 manat), İstanbul-Bakı-İstanbul marşrutu üzrə isə 226 dollardan (cari məzənnə ilə 406 manat) başlayan qiymətlərlə əldə etmək olar.
Qeyd edilib ki, xüsusi təklif çərçivəsində satılan aviabiletlərin sayı məhduddur, ona görə də bron etmək fürsətini qaçırmayın.
Biletləri aviaşirkətin rəsmi saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.