Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda biznes kreditləri əsasən mikro və kiçik sahibkarlığın hesabına artır

Baxış: 234



Azərbaycanda biznes kreditləri əsasən mikro və kiçik sahibkarlığın hesabına artır


Azərbaycanda biznes kreditləri əsasən mikro və kiçik sahibkarlığın hesabına artır.
Sahibkartv.az Mərkəzi Bankın "Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə" statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayının sonu ilə müqayisədə avqust ayında mikro sahibkarlığa verilən kreditlər 89 milyon manat artaraq 2 milyard 296,5 milyon manata, kiçik sahibkarlığa verilən kreditlər isə 58,2 milyon manat artaraq 1 milyard 721 milyon manata çatıb.
Həmçinin avqustda iri sahibkarlığa verilən kreditlər 3,4 milyon manat artaraq 5 milyard 311,4 milyon manata, orta sahibkarlığa verilən kreditlər isə 48,5 milyon manat artaraq 2 milyard 492,8 min manata yüksəlib.
Avqustda cəmi biznes kreditlərindəki 199,1 milyon manatlıq artımın 74%-i və ya 147,2 milyon manatı mikro və orta sahibkarlığa verilən kreditlərin hesabına olub. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.