Azərbaycanda su təsərrüfatı ilə məşğul olan qurumların birləşdirilməsi bir mərkəzdən idarə olunmanın effektivliyini artıracaq addımdır.
Bunu “Sahibkartv.az”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ötən gün “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” ASC-lərin ləğv edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə bağlı ölkə başçısının fərmanını şərh edərkən deyib.
N.Cəfərli hesab edir ki, növbəti mərhələdə ölkəmizdə suya olan tələbatın qarşılanması üçün yeni yanaşma həyata keçirilməlidir:
“Bu iki qurum praktiki olaraq eyni təsərrüfat sahəsi ilə, eyni problemlərin həlli ilə məşğul olurdular. Amma səlahiyyət və məsuliyyət bölgüləri kəsişdiyindən bəzən bir-birlərinə mane olurdular. Ona görə də iki qurumun birləşdirilməsi və bütün idarəetmənin eyni mərkəzdən, eyni prinsiplərlə həyata keçirilməsi bu maraq toqquşmalarına da son qoyacaq.
Hesab edirəm ki, mərkəzləşmə, effektiv idarəetmə nöqteyi-nəzərindən doğru qərardır. Amma həm də bu struktur islahatlarına, bu sahənin fəlsəfəsinin dəyişməsinə ehtiyac vardır. Azərbaycanın yaxın onilliklərdə ən böyük problemlərindən biri su problemi olacaq. Bura həm içməli su, həm də kənd təsərrüfatı sahəsində istifadə edilən sular daxildir. Ona görə də su probleminin həlli üçün bir mərkəzdən idarə olunan konsepsiyanın, fəlsəfənin olmasına ehtiyac var. Ola bilər ki, bizim əlavə su mənbələrinə çıxış imkanını artırmaq üçün müəyyən addımlar da atılsın. Hətta dəniz suyundan da istifadə olunması məsələsi də gündəmə gələ bilər.
Ona görə də ilkin addım olaraq doğru addımdır və növbəti addım kimi idarəetmənin yeni konsepsiyasının yaradılmasına ehtiyac var”.
İqtisadçı-ekspert Xalid Kərimli də öz növbəsində hesab edir ki, ölkə başçısının məlum fərmanı Azərbaycanda su idarəçiliyi sahəsində yeniliklərə gətirib çıxaracaq:
“Dünyada sübut edilmiş bir yanaşma var ki, dövlət nə qədər kompakt olsa, iqtisadiyyat üçün bir o qədər yaxşıdır. Dövlət böyüdükcə, onun tənzimləyici qurumlarının sayı artdıqca özəl sektor sıxılır, onların yükü artır. Düzdü, müəyyən fəaliyyətləri fərqli olsa da hər iki qurumda təkrarlanan çoxlu inzibati işlər var. Birləşmə nəticəsində bu işlər optimallaşdırılacaq. Bu həm də kadrlardan düzgün və səmərəli istifadə edilməsinə gətirib çıxaracaq. Nəticədə isə dövlət vəsaitlərinə qənaət ediləcək. Hesab edirəm ki, bu birləşmə addımları davam etdirilməlidir və dövlət qurumlarının sayı azalmalıdır”.
Ekspertin sözlərinə görə, suya qənaət edilməsi üçün həm istifadəçilərin, həm də dövlətin üzərinə böyük məsuliyyət düşür:
“Bildiyiniz kimi regionda Azərbaycanın su baxımından bəxti gətirməyib. Cənubi Qafqazın ümumi su ehtiyatının 62 %-i Gürcüstanın, 28 %-i Ermənistanın, yalnız 10 %-i Azərbaycanın payına düşür. Üstəlik su ehtiyatlarımızın 70%-dən çoxu xarici mənbələrdən formalaşır. Bu isə onu göstərir ki, biz su ehtiyatlarımıza görə qonşularımızdan asılıyıq. Digər bir məsələni də nəzərə almaq lazımdır ki, ümumi iqlim məsələləri, quraqlıq problemlərinin artması ölkəmizin su ehtiyatlarının da azalması ilə müşayiət olunur. Həmçinin Azərbaycanda əkinçiliyin inkişafı suya olan tələbatı da artırır.
Hesab edirəm ki, suyun qənaətlə istifadəsi çox vacibdir. Hesablamalara görə, dünyanın inkişaf etmiş ölkələrində istifadə edilən suyun 70 %-i kənd təsərrüfatı sektorunun payına düşür. Amma inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 90 %-ə çatır.
Bizim hazırda ərazimizi böyüdüb yeni su mənbələri tapmaq, iqlimi dəyişmək kimi imkanlarımız yoxdur. Yeganə vasitə mövcud su ehtiyatlarından qənaətli istifadədir. Burada həm su istifadəçilərinin, həm də hökumətin üzərinə müəyyən iş düşür. Bu kontekstdə infrastrukturun qurulması həyata keçirilməlidir. Çünki mövcud suvarma kanallarının əksəriyyəti beton deyil, torpaq məcralı kanallardır. Bu isə mənbədən çıxan suyun bəzən 3-də ikisinin məqsədə gedib çatmamasına səbəb olur. Nəticədə isə həm su itkisi yaranır, həm də əlavə su itkisinə məruz qalan torpaqlarda şoranlaşma yaranır.
Bir sözlə bütün bu problemlərin olmaması üçün səmərəliliyin qorunması çox vacibdir”.
Qeyd edək ki, daxildə formalaşan şirin su ehtiyatlarına görə Azərbaycan 170 ölkə arasında 140-cı yerdə qərarlaşıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20 kubkilometrə qədər azalır. Yeraltı içməli su mənbələrində isə 23,76 milyardkubmetr/gün su ehtiyatı var. Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyardkubmetrə yaxındır.
Azərbaycanda hər kv. km-ə və əhalinin hər 1 000 nəfərinə içməli su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır.
Bir il ərzində hər bir nəfərə düşən su ehtiyatı Azərbaycanda 1,03 min kubmetr, Gürcüstanda 13,7 min kubmetr, Ermənistanda isə 2,2 min kubmetr təşkil edir. Azərbaycanın hər kv. km-ə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir.
Əsas yerüstü su mənbələrimiz transsərhəd çaylardır. Kürün Azərbaycana daxil olduğu yerdə su ehtiyatları son 8 ildə 30 % azalıb. İkinci vacib su mənbəyimiz Qanıq çayında isə azalma 25 %-dir. Araz çayında isə su ehtiyatı 60 % azalıb
ABŞ-da Elektrik Avtomobilləri Üçün İnnovativ Akkumulyator Texnologiyası
21:49 / 23-11-2024
Fransada Müasir Tullantı İdarəetmə Startapı İcra Olunur
21:18 / 23-11-2024
Almaniyada Robot İdarəetməsi ilə Anbar Logistikası
20:45 / 23-11-2024
Kanadada İqlim Dəyişikliyinə Qarşı Davamlı Kənd Təsərrüfatı Layihəsi
20:23 / 23-11-2024
İtaliyada Turizm Texnologiyalarında Yeni Yanaşma
19:42 / 23-11-2024
Yaponiyada Enerji Səmərəliliyi Üzrə Yeni Yeniliklər
19:16 / 23-11-2024
Hindistanda Dron Texnologiyaları ilə Çatdırılma Xidmətləri
18:52 / 23-11-2024
İsveçdə Bioyanacaq İstehsalı Üzrə Layihələr Böyüyür
18:18 / 23-11-2024
Norveçdə Elektrik Gəmilərinin İstismarı
17:21 / 23-11-2024
Hollandiyada Ağıllı Suvarma Sistemləri
16:46 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
16:00 / 23-11-2024
Bazar gününün havası açıqlandı
15:30 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
14:16 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
13:19 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
13:10 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
12:55 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
12:50 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
12:43 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
11:20 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
11:14 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
10:18 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
10:04 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
09:57 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
09:52 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
09:39 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
09:21 / 23-11-2024
ABŞ-da Elektrik Avtomobilləri Üçün Yeni Akkumulyator Texnologiyası
22:14 / 22-11-2024
Avropada İlk Ağıllı Şəhərlər Konfransı Keçirildi
21:43 / 22-11-2024
Su təsərrüfatı ilə məşğul olan iki qurumun birləşdirilməsinin hansı nəticələri olacaq?
Bölməyə aid digər xəbərlər
Tarix: 31-03-2023, 19:16 Oxunub: 83
Bölməyə aid digər xəbərlər
30-03-2023, 18:07
Azərbaycanda yeni Agentlik yaradıldı - FƏRMAN
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
17-11-2022, 15:49
Gənclər siyasəti sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI