Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya üçün keçən fəlakətli gecə

Baxış: 206
Rusiya üçün keçən fəlakətli gecə


Rusiya yanvarın 17-dən 18-nə keçən gecə Ukrayna tərəfindən genişmiqyaslı PUA hücumuna məruz qalıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 
Məlumatda deyilir ki, yanvarın 18-nə keçən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri 46 PUA-nı zərərsizləşdirə bilib.
Bunlardan 18-i Bryansk vilayəti, 11-i Kursk, yeddisi Kaluqa, beşi Tula, üçü Belqorod, ikisi Voronej üzərində vurulub.
Bundan əvvəl Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib ki, bölgə səmasında 5 PUA vurulub. Müdafiə Nazirliyinin hesabatında bu barədə məlumat verilmir.
Tula vilayətinin qubernatoru Dmitri Milyayev bildirib ki, PUA-nın hücumu nəticəsində müəssisələrdən birində yanacaq və sürtkü yağları olan konteyner yanıb, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa isə deyib ki, PUA-hücumu nəticəsində sənaye müəssisəsinin ərazisində yanğın baş verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.