Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tehranda terror: İki tanınmış hakim öldürülüb

Baxış: 215
Tehranda terror: İki tanınmış hakim öldürülüb


İranın paytaxtı Tehranda iki tanınmış hakim terror aktı nəticəsində həlak olub.

Sahibkartv.az 
"Mehr"ə istinadən xəbər verir ki, şənbə günü səhər saatlarında silahlı şəxs planlaşdırılan hücum nəticəsində İranın Ali Məhkəməsinə daxil olublar.
Terror aktı nəticəsində iki təvcrübəli hakim Höccətülislam Razini və Höccətülislam Moqiseh öldürülüb.

Hücum edən şəxs terror aktından dərhal sonra intihar edib.
İlkin istintaqa görə, hücum edən şəxsin İran Ali Məhkəməsində cinayət işi olmayıb və məhkəmənin şöbələrinin müştərisi olmayıb.

Hazırda terror aktında əli olan digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində araşdırmalara başlanılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.