Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ronaldoya görə 500 min izləyici itirdilər

Baxış: 117
Ronaldoya görə 500 min izləyici itirdilər


Portuqaliya milli komandasında baş verən skandaldan sonra yığmanın rəsmi sosial şəbəkə hesabı bir sutka ərzində təxminən 500 min izləyici itirib.
 Kriştianu Ronaldonun düşərgəni qəfildən tərk etməsi bütün dünyadakı azarkeşlərin kəskin etirazına səbəb olub.

Xatırladaq ki, 41 yaşlı ulduz futbolçu ilə baş məşqçi arasında gərginlik Millətlər Liqasında Norveçlə matçdan əvvəl başlamışdı. Federasiya rəhbərliyinin müdaxiləsi ilə münaqişə səngisə də, Danimarka oyunu öncəsi məşqçinin Ronaldonun yenidən kənarda qala biləcəyini eyham vurması vəziyyəti yenidən gərginləşdirib. Oktyabrın 1-də Ronaldonun milli düşərgəsindən özbaşına getməsinə görə 1 aydan 6 ayadək diskvalifikasiya edilə biləcəyi məlum olub.

Qeyd edək ki, 234 oyunda 146 qol vuraraq iki dünya rekorduna imza atan 41 yaşlı hücumçunun düşərgədən qaçmasından sonra hətta Portuqaliyanın Baş naziri də məsələyə müdaxilə edərək tərəflərlə danışıqlar aparmışdı.(Qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.