Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağır gecə idi, əvvəldən demişdim ki... - "Çelsi"nin baş məşqçisi

Baxış: 225
Ağır gecə idi, əvvəldən demişdim ki... - "Çelsi"nin baş məşqçisi


"Komandamız 3 gündən bir oyun keçirir. Bizim üçün ağır gecə idi".

Bunu İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Entso Mareska "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşərkən deyib:

"Heyətimizdə zədəli oyunçular var idi. Meydandakı düzülüşü düzgün etməyə çalışdıq. Qarşılaşmaya yaxşı başladıq, hətta qol da vurduq. Təəssüf ki, daha sonra qapımızda iki qol gördük. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Doğrusunu söyləmək lazımdırsa, pis qollar buraxdıq".

O, Ağdam təmsilçisinin meydanda özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb:

"Qarabağ"ın yaxşı komanda olduğunu daha əvvəldən demişdim. Onlara qarşı çıxış etmək bizim üçün çətin idi. Çempionlar Liqasında hər cürə nəticəyə hazır olmaq lazımdır".

Mareska "Qarabağ" azarkeşlərinin əla atmosfer yaratdıqlarını söyləyib:

"Stadionda çox yaxşı ab-hava var idi. Qələbə qazanmaq istəyirdik, lakin olmadı. Gücmüzü toplayıb, növbəti matçlarda qalib gəlməyi düşünürük".

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesablı bərabərliklə yekunlaşıb.//Report

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.