Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Qarabağ" klubu dünya reytinqində irəliləyib

Baxış: 221
"Qarabağ" klubu dünya reytinqində irəliləyib


"Qarabağ" dünya klublarının reytinq siyasında beş pillə irəliləyib.
Sahibkartv.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.
Azərbaycan çempionu 502 komandanın yer aldığı siyahıda 177,5 xalla 67-ci yerdə qərarlaşıb.
Mövqeyi dəyişməyən "Zirə" (94,25 xal) 219-cudur. 14 sıra irəliləyən "Sabah" (62,5 xal) isə 409-cu olub.
Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.
Qeyd edək ki, İspaniyanın "Real" klubu 388 xalla birinci pillədə qərarlaşıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.