Can Keleşlə görüşlərdə hər mövzuda razılığa gələn "Beşiktaş" klubu Fatih Karagümrüklə də əl sıxıb.
İstanbul komandası ilə danışıqlarda xoşbəxt sona çatan qara-ağlar bu transfer üçün 2,5 milyon avro ödəyəcək.
22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanacaq.
Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.




































