Transfer səylərini davam etdirən "Fənərbaxça" Levent Mercan, Çağlar Söyüncü və Oğuz Aydından sonra Cenk Tosun ilə üçüncü addımını atıb.
"Sarı-göylər"dən verilən açıqlamada "Beşiktaş"la müqaviləsi başa çatan milli hücumçu ilə prinsipial razılığın əldə olunduğu bildirilib.
Həmin izahat budur:
“Klubumuzla prinsipial razılıq əldə etdiyi milli futbolçu Cenk Tosun tibbi müayinədən keçmək və transfer danışıqlarını qabaqlamaq üçün bu gün İstanbula gələcək.




































