İtaliyanın "Napoli" komandası yeni mövsüm transfer işləri çərçivəsində müdafiə xəttini gücləndirib. Bununla əlaqədar olaraq, "Napoli" rəsmi saytında Turində çıxış edən müdafiəçi Alessandro Buongiornonu heyətinə qatdığını açıqlayıb.
Turin infrastrukturunda yetişən 25 yaşlı futbolçu A Seriyasında indiyədək 99 oyun keçirib və bu matçlarda 4 dəfə fərqlənib.




































