Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Qalatasaray"ın Quela Doue təklifi məlum olub

Baxış: 303
Sağ cinah müdafiəçisi axtarışlarını davam etdirən "Qalatasaray" Quela Doue üçün hərəkətə keçib.

İlk seçimi "Mançester Yunayted"dən Wan Bissaka olan sarı-qırmızılılar, ingilis futbolçunun Premyer Liqanı tərk etmək istəməməsindən sonra alternativlərə üz tutub.

PSJ-dən ayrılacağı dəqiqləşən Nordi Mukiele üçün kirayəlik düsturla fransız nəhənginin qapısını döyməyə hazırlaşan "Qalatasaray" "Renn"in gənc sağ cinah müdafiəçisi Quela Doue üçün də qollarını çırmalayıb.

Daha əvvəl "Renn"dən Saça Boeni transfer edən sarı-qırmızılılar Quela Doue üçün "Renn"ə 5 milyon avro təklif edib.

Rennes isə 21 yaşlı sağ cinah müdafiəçisi üçün 15 milyon avro istəyir və Doueni bu məbləğdən aşağı qiymətə buraxmaq fikrində deyil.

Keçən mövsüm A Komandasına yüksələn Doue bu mövsüm əsl sıçrayış etdi. Bu mövsüm Liqa 1-də 24 matça çıxan gənc futbolçu 4 qola cavabdeh olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.