Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qalatasaray Fransada axtardığı sağ cinah müdafiəçisini tapdı!

Baxış: 283

Ziyeçin transfer haqqını alan və Batşuayi ilə anlaşan "Qalatasaray" indi sağ cinah müdafiəçisi transferi üçün hərəkətə keçib. Sarı-qırmızılıların Fransanın "Renn" komandasında çıxış edən gənc sağ cinah müdafiəçisi ilə anlaşdığı iddia edilirdi.
Transfer səylərini davam etdirən "Qalatasaray"ın prezidenti Dursun Özbek, prioritetlərinin 2, 8 və 10 nömrəli mövqelər olduğunu açıqlayarkən, təəccüblü bir inkişaf yaşandı.

Ötən mövsüm Boenin gedişindən sonra həll oluna bilməyən sağ cinah problemini həll etmək üçün hərəkətə keçən Cimbom axtardığı adı Fransanın "Renn" klubunda tapıb.

Milli.Az beIN Sports-a istinadən bildirir ki, "Qalatasaray" "Renn"də çıxış edən Quela Doue ilə anlaşmağa çox yaxındır.

"Qalatasaray"ın Fil Dişi Sahilli futbolçuya 4+1 və ya 5 illik müqavilə təklif etdiyi, lakin müqavilə müddətinin hələ müəyyən edilmədiyi bildirilirdi.

Sarı-qırmızılı komandanın 21 yaşlı müdafiəçi üçün Renn-ə 8 milyon avro təklif etdiyi, fransızların isə ən azı 10 milyon avroluq transfer tələbi olduğu bildirilirdi.

Tərəflər arasında danışıqlar davam edərkən, klubların ortaq nöqtəyə gələcəyi və transferin xoşbəxt sonluqla bitəcəyi gözlənilir.


Guela Doueyə keçiddə Duenin həmyerlisi Vilfrid Zaha və “Renn”in keçmiş futbolçusu Saça Boinin də əli olduğu bildirilib.

Gənc futbolçu bu mövsüm “Renn”in heyətində 35 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.