Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Bayer Leverkuzen" Aleix Qarsiyanı transfer edib

Baxış: 326

Bundesliqanın son çempionu "Bayer Leverkuzen" Aleix Qarsiyanı heyətinə qatdığını açıqlayıb.

Almaniya 1-ci Futbol Liqasının (Bundesliqa) çempionu Bayer Leverkuzen İspaniyanın "Jirona" komandasının yarımmüdafiəçisi Aleix Garcia ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

Klubdan verilən açıqlamada "Bayer Leverkuzen"in ispan futbolçu Aleix Garcia ilə 30 iyun 2029-cu ilə qədər qüvvədə olan müqavilə imzaladığı bildirilib.

26 yaşlı İspaniya millisi ötən mövsüm "Jirona" forması ilə 40 matçda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. Girona ötən mövsüm La Liqanı Real Madrid və Barselonadan sonra 3-cü yerdə başa vuraraq UEFA Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.