Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq

Baxış: 90
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq


Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib.

 Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Anbardar yalan vəd verməklə 1 milyon manata yaxın dələduzluqda ittiham olunur. Əmrahın aldatdığı şəxslərdən biri “Muxax Aqro” MMC-nin direktoru Vidadi Yusubovdur.

İttihama görə, anbardar ondan aldığı tütün məmulatlarını 64 min manata satıb, pulunu öz mənafeyinə xərcləyib. 

Cinayət işi üzrə “Sara Group” QSC də zərərçəkmiş qismində tanınıb.

Araşdırma nəticəsində Əmrah Ramazan Valehə sanksiyasında 14 ilə kimi həbs cəzası nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib. Cinayətin ağırlığı da nəzərə alınaraq Əmrah barəsində həbs qətimkan tədbiri seçilib.

Toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hazırda həbs edilən şəxs barəsində 3 il əvvəl də şikayətlər var idi. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi işləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.