Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto

Baxış: 90
Bakı-Sumqayıt yolunda avtobusların şüşələri sındırıldı - 2 yeniyetmə saxlanıldı-Foto


Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan avtobuslara kənardan daş atılıb.

Polisin keçirdiyi tədbirlərlə avtomobillərə daş ataraq şüşələrini sındıran və digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan yetkinlik yaşına çatmayan iki şəxs müəyyən olunub.

Onlar valideynləri ilə birgə polis orqanına gətirilərək izahatları alınıb. Bu cür davranışların insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığı onların diqqətinə çatdırılıb. Valideynlərə isə övladlarına nəzarəti gücləndirmələri barədə xəbərdarlıq edilib.

Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.